Müğənni Roza Zərgərli yay turnesi çərçivəsində Şəkidə konsert verib.
Axşam.az-ın məlumatına görə, sənətçi turnenin növbəti konsertinin “Baki 2015” Avropa Oyunlarının qızıl medalçısından biri İlham Zəkiyevə həsr olunduğunu bildirib:
“İstirahət mövsümü olmasına baxmayaraq, yaradıcılıq işlərimlə məşğulam. Yay turnesi çərçivəsində növbəti möhtəşəm konsertimiz Şəki şəhərində oldu. Konsertdə mənim çıxışımla yanaşı Aşıq Əli də öz ifasını təqdim etdi".
Qeyd edək ki, Zabir Əliyevin aparıcılığı ilə baş tutan konsertdə R.Zərgərlini “Bakı instrumental ansamblı” müşayiət edib.