Ledi Qaqa: "Mən heç vaxt dəbli və gözəl olmamışam" - fotolar

Ledi Qaqa: "Mən heç vaxt dəbli və gözəl olmamışam" - fotolar
2039 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ledi Qaqa "CR Fashion Book" dərgisi üçün fotosessiya etdirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qeyri-adi və standartdan kənar gözəlliyi ilə fərqlənən müğənni 30 yaşı haqqında da danışıb:

"Gec ya tez hamı qocalmağa başlayır. Çoxları bu barədə çox narahat olaraq bədənlərini, üzlərini, saçlarını qorumağa çalışırlar. Amma, məncə, əsas özündən sonra nəsə saxlaya bilməkdir.

Uşaq vaxtı mənə deyirdilər ki, 30 yaşa kimi qocalmamaq üçün gözəlliyivi qorumaq və dəbli qalmaq üçün nəsə etməlisən. Amma mən heç vaxt dəbli və gözəl olmamışam. Həmişə dəbi qarşı olmuşam".