İsa peyğəmbərlə "evləndi", bundan sonra bakirə olaraq yaşayacaq - fotolar
Dünya
18:45 / 20.08.15
5582dəfə oxunub
A-
A
A+
38 yaşlı müəllimə Cessika Hayes xristian dünyasında məqbul sayılan müqəddəs bakirələr qrupuna qatılmaq üçün Həzrəti İsa ilə evləndiyinə inanır.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu qrupa qatılmaq istəyənlər könüllü olaraq ömürlərinin sonunadək kilsə üçün işləməyə razılıq verənlərdir. Onlar rahibə kimi monastrlarda yaşamasalar da, heç bir cinsi əlaqəyə girə bilməzlər.
Cessika da müqəddəs bakirə olmaq qərarına gəlib və kilsədə təşkil edilən toyla İsa peyğəmbərlə “evlənib”. Sadə makiyaj və qapalı gəlinliyə üstünlük verən Hayes bundan sonra dini olaraq həqiqi ailəli qadın kimi yaşayacaq.
Özünü həqiqətən evli biri kimi hiss etdiyini deyən qadın keçmişdə olduğu kimi, gələcəkdə də heç bir cinsi əlaqəyə girməyəcəyini, bundan sonra Hz.İsa ilə ailəli olduğunu söyləyib. Cessikanın peyğəmbərlə toyuna yüzlərlə insan qatılıb.