“Seksenler” serialında tanış olub, eşq yaşayan Ceyhun Fersoy və Begüm Önər evlənib.
Axşam.az-ın “acunn.com”a istinadən xəbərinə görə, dünən baş tutan mərasimdə serialın digər aktyorları da iştirak edib.
Cütlüyün nikah şahidi Birol Güvən, Tuğçe Esertəpə Kuzakçı və Aybükə Tanyeri olub.
Bir-birini gördüyü anda aşiq olduğunu deyən Ceyhun və Begüm bal ayı üçün Fransaya gedəcək. Aktyor Rasim Öztekin toya qızı Pelin və gələcək kürəkəni Kıvanç Arslanla birlikdə qatılıb.