Hollivud ulduzu Lara Flayn Boyl tanınmaz hala düşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 45 yaşlı aktrisa uğursuz plastik əməliyyatın qurbanı olub.
Bir vaxtlar Cek Nikolsla yaşadığı eşq macərası ilə gündəmə gələn Lara bu yaxınlarda Kaliforniyada görüntülənib. Böyük qara eynək taxan Flayn dodağındakı və üzündəki silikonları gizlədə bilməyib. Bununla yanaşı aktrisanın saçlarının ağarması da diqqətdən qaçmayıb.
Estetik cərrahlar Laraya dəfələrlə plastik əməliyyatdan uzaq olması ilə bağlı məsləhətlər verib. Amma ulduz bunlara məhəl qoymayıb.