Türkiyəli aktyor Murad Yıldırımla kamera qarşısına keçməyə hazırlaşan “Möhtəşəm yüz il”in Hürrəm Sultanı – Məryəm Üzərli yaradıcı heyəti özündən çıxarıb.
Axşam.az-ın məlumatına görə, “Star TV”də yayımlanması planlaşdırılan "Cəsarət" serialının ssenarisi qalmaqala səbəb olub. Bir neçə ssenaristə həvalə olunan hekayə hələ də bəyənilməyib.
Ötən gün isə telekanalın yeni mövsüm tanıtım çarxının çəkilişləri planlaşdırılıb. Murad Yıldırım videoda tərəf müqabili Məryəm Üzərli ilə çəkilməli imiş. Ancaq aktrisa çəkiliş məkanına gəlməyib. Üzərli serialı çəkəcək şirkət rəhbərlərinə “Məni azad edin, müqaviləni pozun” deyib. Onun serialda oynamaq istəmədiyi ortaya çıxıb.
“Möhtəşəm yüz il” serialını yarımçıq qoyub, Almaniyaya qaçan Məryəmin bu dəfə nə edəcəyi hər kəsə maraqlıdır.