Xəstəxanadan dərhal sonra səhnəyə çıxdı - fotolar

Xəstəxanadan dərhal sonra səhnəyə çıxdı - fotolar
2723 dəfə oxunub
  • A-
  • A
  • A+
Bodrumda konsert verən müğənni Hande Yener xəstəxanaya aparılıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, səhnəyə də gec çıxan ifaçı xəstəxanada qısa müalicə alıb. Yenerin ağır qripə yoluxduğu məlum olub.

Səhnəyə 1 saat gecikən Hande sevənlərindən üzr istəyib:

"Ayaq üstə güclə qalıram. Sizi görüncə xəstəliyim də keçdi. Mən sizə xəstəyəm, qalan xəstəliklərlə işim yoxdur".

O, səhnədə olarkən konsertə gələn Yıldız Tilbe jurnalistlərə "ayaqlarımı çəkməyin" deyə zarafat edib. H.Yener isə Tilbeni görüncə reaksiya verib:

"Usta müğənni Yıldız Tilbe 23 ildir səhnədədir, mən də 13 il... Onun izindən gedirəm".