"Çəkiliş məkanlarına qəhvə daşıyacağam" - Bergüzar Korel

"Çəkiliş məkanlarına qəhvə daşıyacağam" -  Bergüzar Korel
4673 dəfə oxunub
  • A-
  • A
  • A+
Ailəsi ilə birlikdə Çeşmədə dincələn türkiyəli aktrisa Bergüzar Korel İstanbula qayıdıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Cahangir bölgəsindəki qəhvə dükanına gedən aktrisa media nümayəndələri ilə görüşüb və sualları cavablandırıb.

İstirahət zamanı dənizdə zəhərli balıq tapdalayan və xəstəxanalıq olan Bergüzar “Çeşmədə yaşayan hər kəs belə hadisə ilə qarşılaşıb. Nəyahət, mənim də başıma gəldi. Əslində heyvanın bir günahı yoxdur. Qum balığıdır, tapdalayanda tikanlarını sancır. Mən yaxşıyam, amma yazıq balıq ölüb” deyə, cavab verib.

Baş rol oynadığı “Karadayı” serialı bitən Korel bu il ekranlardan uzaq qalacağını bildirib:

“Bu il də çəkiliş məkanlarına gedəcəm. Amma kamera yanında olacam. Anamın, dostlarımın rol aldığı serialların yaradıcı heyətinə qəhvə daşıyacağam. Bu mövsüm dincəlmək istəyirəm. Bəlkə teatrda və ya filmdə rol alaram”.