Müğənni Elnarə Xəlilova yeni saç düzümü ilə diqqət çəkib.
Axşam.az-ın məlumatına görə, sənətçi son vaxtlar başına tac qoyur.
O, buna görə onu qınayanlara da cavab verib:
“Tacı ancaq gəlinlik libasına yaraşdıran cahillər... Arada bir az kitab oxuyun, internetdən məlumat toplayın. İmkan olanda burnunuzdan o tərəfi də görün. Bundan sonra ara-sıra məni tac aksesuarımla toylarda, ad günlərində, xınalarda, səhnələrdə, “Şəhzadə” obrazında hələ çox görəcəksiniz”.