Əməkdar artist Elza Seyidcahan qızı Gülşənin toy mərasiminə xüsusi libas hazırlatdırıb.
Axşam.az-a açıqlama verən müğənni paltarının dəyərindən danışıb:
“Saçımdakı aksessuarı və ayaqqabılarımı xaricdən hədiyyə gətiriblər. Libasımı isə modelyer Leyla Əhmədova hazırlayıb. Çox dəyərli və çətin hazırlanan paltar idi. Leyla xanım uzun müddət onun üzərində çalışıb. Üstü bütün əl işləridir. Muzeyə qoyulacaq qədər özəl paltardı. Onu ömür boyu qarderobumda saxlayacam”.