Samira üçün özəl gün - fotolar

Samira üçün özəl gün -  fotolar
3760 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samira Allahverdinin ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi özəl gününü Türkiyədə qeyd edir.

Təəssüratlarını əməkdaşımızla bölüşən ifaçı 38 yaşı tamam olduğunu bildirib:

“Hər dəfə dostlarımın təbriki məni kövrəldir. Bu il də ağladım. İnsanın özəl günündə hər kəs axtarır, xoş sözlər söyləyir. Mən də öz hisslərimi “Facebook" səhifəmdə yazdım. Əslində mən yaşımın artmasını düşünmürəm. Sadəcə, fikirləşirəm ki, bu 38 ili necə yaşadım? Nələr etdim, nə kimi savab işlər gördüm, kiminsə qəlbini qırdımmı... Həmişə çalışdım ki, heç kimi incitməyim. Hər şeyi olduğu kimi qəbul edib, insanları Allahın ixtiyarına buraxıram. Mənim xoşbəxtliyim ailəmdir. Hazırda Türkiyədəyəm. Elə ad günümü də doğmalarımın əhatəsində, ailəmlə birlikdə qeyd edəcəm”.

Qeyd edək ki, S.Allahverdinin bir qız, bir oğlan övladı var.