Film tarixinin ən məşhur ulduzlarından olan Merilin Monronun yaşadığı ev kirayəyə verilir.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, aylığı 27,5 min dollar verilən ev Nyu-Yorkda yerləşir.
Mənzilin 4 yataq, 2 vanna otağı, müasir istilik və təhlükəsizlik sistemi var. Kirayə haqqında elanı "Town Residential" şirkəti verib. Şirkət nümayəndəliyinin dediyinə görə, onlar evdə "köhnə Hollivud qlamuru ab-havasını" və aktrisanın məişətdə istifadə etdiyi əşyaların orijinallığını qorumağa çalışıblar.