"İşte benim stilim: All Star"da kimlər iştirak edəcək? - video+siyahı

"İşte benim stilim: All Star"da kimlər iştirak edəcək? - video+siyahı
7318 dəfə oxunub
  • A-
  • A
  • A+
TV8 ekranlarında "İşte Benim Stilim: All Star" dəb proqramı start götürəcək.

Axşam.az-ın məlumatına görə, münsifliyini İvana Sert, Nur Yerlitaş, Kemal Doğulu və Uğurkan Erezin etdiyi yarışma yeni mövsümün ən iddialı proqramlarından biri olmağa namizəddir.

Bundan əvvəl "Survivor All Star"la reytinqlərdə birinci olan Acun İlicalinin telekanalı bu dəfə də adına uyğun olaraq əvvəlki illərin ən maraqlı və dəbli yarışmaçılarını yenidən bir araya gətirəcək.

Avqustun 31-də başlayacaq yarışmada Tugçe Ergişi, Zeynep Öztürk, Nihal Candan, Özden Cerrahoğlu, Melisa Şahin, Emel Özkızıltaş, İlbilge Uzun, Gülay Hançer, Şilan Makal ve Gülşah Serpil Yılmazın iştirak edəcəyi məlum olub. Bundan əlavə Nazlı Hamarat və Mariya Surinanın proqrama qatılacağı danışılır.