Axşam.az-ın məlumatına görə, sənətçi gəzintidən fotolarını sosial şəbəkədə paylaşaraq, təəssüratlarını bölüşüb:
“Qüdsü (Yerusəlim) dünyanın şəhəri adlandırırlar. Üç dinin birləşdiyi şəhərdir. Buranı görmək yox, hiss etmək lazımdır. Bütün müqəddəs yerlərə getdim. Şükür ki, Allah mənə də bu müqəddəs yerləri görməyi qismət etdi”.