2002-ci və 2006-cı illərdə “Çocuklar duymasın” serialında rol alan Ayşecan Tatari ekranlara qayıdır.
Axşam.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, o, “Yılanların öcü” serialının yaradıcı heyətinə daxil olub.
Camal Şanın rejissorluq etdiyi ekran işi sentyabrdan “Show TV”də yayımlanacaq.
“Çocuklar duymasın” serialı ilə məşhurlaşan Ayşecan uzun müddətdir ki, film sahəsindən uzaqlaşıb. Aktrisa Saliha Aliye Uzunatağanın qızı olan Tatari bu müddət ərzində xaricdə təhsil alıb.