Merve və Muradın toyunda ulduzlar keçidi - fotolar
Dünya
19:18 / 26.08.15
18093dəfə oxunub
A-
A
A+
Müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğurun toyunun olması haqda xəbər vermişdik.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, cütlük Stinqin "Desert Rose" mahnısı ilə nikah masasına yaxınlaşıb və sonra ilk rəqslərini edib.
Türkiyədəki çoxlu şəhid xəbərlərinə görə Murad "ölkədəki həssas durum ortadadır, ona görə toyu çox da böyük məclis və konsertlə edib diqqət çəkmək istəmədik" deyib. Nikah mərasimindən sonra baş tutan partidə isə qonaqlar arasında çoxlu ulduza rast gəlinib.
Toya gəlməyən futbolçu Arda Turan, rejissor Yılmaz Erdoğan, yazar Qani Müjde gül çələngi göndəriblər. Gecəyə dekolteli geyimlə qatılan müğənni Bengü "Murad da, gəlinimiz də dostumdur. Ona görə xüsusi geyim hazırladım" deyərək qırmızı libasını nümayiş etdirib.
Həmkarı Ayşə Hatun Önal isə kürək dekoltesi isə diqqət çəkib.
Aktrisa Neslihan Atagül, sevgilisi aktyor Kadir Doğulu və onun qardaşı stilist Kamal Doğulu da qonaqlar arasında olub. Partidə aktyorlar Eser Yenenler və İbrahim Büyükak etdiyi zarafatlarla yadda qalıblar.