"Ona yaxın olmaq istəyirəm" - Ayan Babakişiyeva

"Ona yaxın olmaq istəyirəm" -  Ayan Babakişiyeva
4807 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mənim ən yaxşı dostum dənizdir. Sənə qulaq asır, amma sirrini heç kimə demir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Ayan Babakişiyeva deyib. O, tez-tez dəniz kənarına gedib, tənha qaldığını bildirib:

“Əhvalım pis də, yaxşı da olanda dəniz kənarına gedirəm. Ona yaxın olmaq istəyirəm. Mən dənizlə söhbət edirəm. Ən çox da yağışlı havada sahilə yollanıram. Elə düşünürəm ki, həmin an tək dəniz yox, göylər də mənim səsimi eşidir”.