Qardaşı Rıza Kocaoğlu kimi aktyorluq edən Gözdə ailə həyatı qurub.
Axşam.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, uzun müddətdir Demir Yağmurla eşq yaşayan Gözdə toy mərasiminə yaxın dostlarını dəvət edib. Onu tək qoymayanlar arasında aktrisa Hazal Kaya da yer alıb. O, mərasimə sevgilisi Əli Atayla birlikdə gəlib.
Bacısının toy şəkillərini paylaşan Rıza ona xöşbəxtlik arzulayıb.