Ədalət Şükürov Batırxanın məzarında - fotolar

Ədalət Şükürov Batırxanın məzarında -  fotolar
6367 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Ədalət Şükürov “А'Studio” qrupunun ilk solisti Batırxan Şukenovun məzarını ziyarət edib.

Axşam.az-ın məlumatına görə, Alma-Atada olan müğənni videosunu və fotosunu sosial şəbəkədə paylaşaraq, “Batır, xatırlayırıq” şərhini yazıb.

Qeyd edək ki, Batırxan Şukenov Qazaxıstanda anadan olub. O, ilk karyerasına saksafonçu kimi başlayıb. 1988-ci ildən isə “А'Studio”nun ilk solisti kimi çalışıb. O, qrupu 2000-ci ildə tərk edərək solo karyerasına başlayıb. 52 yaşında infarkdan dünyasını dəyişib.