Böyük Britaniyada 23 aylıq Konni-Rouz Siborn adlı qız daun sindromu ilə doğulub.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, anasının rəfiqələri gözəl gülüşü olduğu üçün Konni üçün model agentliyinə müraciət etməyi məsləhət görürlər.
Ondan sonra daun sindromlu balaca iki agentlik ilə müqavilə əsasında çəkilişlərdə iştirak edir.
"Elektron məktubla onlara müraciət edəndən dərhal sonra cavab gəldi. Mən agentliyə qızımın xəstəliyə xəstəliyi haqda danışanda gözlərini qırpmadan məni dinlədilər. Konnini hamı çox sevməyə başladı. O, bütün göstərişləri yerinə yetirə bilir və çəkilişlər onu xoşbəxt edir. Yorulduğunu hiss edən kimi çəkilişləri dayandırıram" - qızın anası deyir.
Konni vaxtından iki ay əvvəl doğulub, daun sindromu diaqnozu isə ona iki həftə sonra qoyulub.