Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin ad günüdür.
Axşam.az-ın məlumatına görə, aktrisa qızını sosial şəbəkədə təbrik edib:
“Mənim yaşamaq eşqim, ürək döyüntüm, aldığım nəfəsim-nə yaxşı ki, bu gün mənim ömrümə gəlmisən. Məni həyata bağladın. Sənin üçün yaşayıram, eşqim mənim. Şükürlər olsun Allahıma, mənə dünyanın ən gözəl nemətini verib. Gözəl, ağıllı qızım, ad günün mübarək. Allahdan sənə və sənin simanda bütün uşaqlara can sağlığı, ağıl, zəka arzu edirəm”.