"Mənə tələ qurdular" - aktrisanı aldadan əri

"Mənə tələ qurdular" - aktrisanı aldadan əri
5995 dəfə oxunub
  • A-
  • A
  • A+
İki həftə əvvəl ana olan model-aktrisa həyat yoldaşı Nefisə Karataya xəyanət edən iş adamı Yusuf Day bununla bağlı ilk dəfə açıqlama verib.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, dostu Erol Özmandıracı ilə yaxta gəzintisinə çıxıan Yusuf Türkiyənin adı bir çox qalmaqalda hallanan məşhur əkiz bacıları Esra-Ceyda Ərsoyla birlikdə görüntülənmişdi. “Seksual gözəllər”lə yaxtada səmimi fotoları çəkilən Y.Day xanımına xəyanət etmədiyini, ona tələ qurulduğunu deyib:

“Bu fotolar tələdir. Esra ilə Ceydanı 10 ildir tanıyıram. Sahildə bizi görüb “Gələ bilərik?” deyə soruşdular. Biz də yaxtaya dəvət elədik. Təsadüfən qarşılaşdıq. Yaxtada 15 dəqiqə qaldılar. Sonra qayıtdılar. Bu qədər müddətdə fotolarımız necə çəkildi bilmədim. Mən axmağam ki, hamının gözü önündə - yaxtada kiminləsə eşq yaşayım? Hamısı onların tələsidir. Bizim aramızda heç nə ola bilməz. Mənim həyatımın qadını Nefisədir. Bu günədək bir çox insanla münasibət qurdum. Amma belə bir hadisənin üzündən həyat yoldaşımı tərk etmərəm. Bu tələni quranlardan isə intiqamımı alacağam”.