İran İslam inqilabınadək fotolarda

İran İslam inqilabınadək fotolarda
7899 dəfə oxunub
  • A-
  • A
  • A+
1978-ci ildə başlayan İran İslam İnqilabı ölkənin müxtəlif şəhərlərində hər şeydən əvvəl iqtisadi dayaqları sarsıtdı. Şah Məhəmməd Rza Pəhləvi isə ölkəsindən qaçmaq məcburiyyətində qaldı.

Axşam.az xəbər verir ki, “The New York Times” inqilabın İranda nələri dəyişdiyini əks etdirən fotoları yayıb. Bu dəyişiklik özünü incəsənət, ədəbiyyat, kino, eləcə də qadınların geyim və yaşayış tərzində göstərib.

İnqilabadək qadınlarla kişilər birlikdə təhsil ala bilir, çimərliyə yollanırdılar. Açıq-saçıq geyimlər isə hər kəsin öz ixtiyarında idi.