Türkiyədə baş verən son terror hadisələrindən sonra şou dünyasının paylaşımları da mövzusunu dəyişib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sosial şəbəkələrdə vətənpərvərlik çağırışları edən məşhurların həm də hərbi xidmətdəki fotoları gündəmə gəlib.
Müğənni Tarkanın da əsgərlik albomu yenidən sosial şəbəkələrdə paylaşılmağa başlayıb. O, əsgərliyini Malatyada 5 ay müddətinə çəkib.
Meqastarın gündəmdə olmasının digər səbəbi isə şəhid xəbərlərinə görə 10 günlük konsertinin qalan 4 gününün vaxtını təxirə salmasına görədir.