Yerli məşhurlardan Türkiyəyə başsağlığı - fotolar

Yerli məşhurlardan Türkiyəyə başsağlığı -  fotolar
5495 dəfə oxunub
  • A-
  • A
  • A+
Son günlər Türkiyədə baş verən terror hadisələrinə yerli məşhurlarımız da biganə qalmayıb.

Axşam.az-ın məlumatına görə, sənət aləminin tanınmış simaları qardaş ölkəyə başsağlığı verib.

Xalq artisti Aygün Kazımova, əməkdar artist Elza Seyidcahan, Abbas Bağırov, müğənnilər Röya Ayxan, Zamiq Hüseynov, İradə İbrahimova, Samira Allahverdi, Xatirə İslam, rəqqasə Fatimə Fətəliyeva, prodüser Tolik sosial şəbəkədə fotolar paylaşaraq, şəhidlərə Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində PKK terror təşkilatının hücumu nəticəsində 15-dən çox əsgər və zabit həlak olub. Bir gün sonra isə İğdır vilayətində polislərin olduğu avtobusa hücum 12 asayiş keşikçisinin ölümü ilə nəticələnib.