Müğənni-teleaparıcı Vüsalə Rəcova yay istirahətini başa vuraraq bu gün Türkiyədən qayıdıb.
Axşam.az-ın məlumatına görə, ailəsi ilə dincələn sənətçi sabahdan etibarən yaradıcı işlərinə start verəcək. O, bu yaxınlarda yeni telelayihə ilə efirə qayıdacaq.
İfaçı bildirib ki, sözləri özünə, musiqisi Rasim Məmmədova məxsus olan “Səndən səni istəyirəm” adlı yeni mahnı hazırlayıb.
Qeyd edək ki, V.Rəcova İstanbul səfəri zamanı “Aşk-ı memnu” serialının lentə alındığı villada olub.Sözügedən ekran işini çox sevdiyini bildirən müğənni orada şəkillər çəkdirib.