"Valideynləri bizə aqressiv davranırlar" - fotolar

"Valideynləri bizə aqressiv davranırlar" -  fotolar
2092 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışması finala yaxınlaşır.

Axşam.az-ın məlumatına görə, yarışmanın növbəti buraxılışında da gərgin anlar yaşanıb.

Münsif kürsüsündə əyləşən xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənni Elton Hüseynəliyev və Nadir Qafarzadə iştirakçılarla bağlı fikirlərini bölüşüb.

N.Qasımova münsiflər arasında yaranan mübahisələrə də toxunub:

“Çalışırıq ki, iştirakçılara dəstək olaq. Layihəyə gələndə əvvəlcə tərəddüd edirdim. Rəhbərliklə tanış olandan sonra razılıq verdim. Burada münsiflər arasında baş verən narazılıqlar tamaşaçıya qalmaqal kimi görünməsin. Verilişdən sonra biz yenə də mehriban oluruq”.

E.Seyidcahan yarışmaçıların valideynlərinə müraciət edib:

“İştirakçılarla bağlı iradlarım var. Mən də sevinərəm ki, çatışmayan tərəflərimi açıq-aşkar desinlər. İştirakçılara irad bildirəndə valideynləri bizə əsəbi davranırlar. Salam vermirlər, aqressiv olurlar. Diqqətli olmaq lazımdır. Uşaqlarınıza səs verməklə yanaşı, mədəniyyət də öyrədin”.

Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi yarışmada bu dəfə də dörd iştirakçı yarışmanı tərk edib.

Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.

Verilişə hər həftənin çərşənbə axşamı "Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.

Foto: Ramin ASLANOV