Keyt Midltonun bacısı marafonda - fotolar

Keyt Midltonun bacısı marafonda - fotolar
1367 dəfə oxunub
  • A-
  • A
  • A+
Kembric hersoginyası Keyt Midltonun kiçik bacısı Pippa marafon zamanı obyektivlərə tuş gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, idman həvəskarı olan Pippa 80 kilometr məsafəni qət edib. O, eyni zamanda açıq dənizdə üzgüçülük yarışlarına da qatılıb. Su soyuq olduğundan və dalğalar səbəbindən hersoginyanın bacısı marafondakı uğurlu nəticəni göstərə bilməyib.

Qeyd edək ki, bu Pippanın idman yarışları sahəsində ilk sınağı deyil. O, ötən il qardaşı ilə birlikdə Amerikada 12 ştat üzrə velo-yürüşdə də iştirak edib.