Fransanın "Ajda Pekkan"ı - fotolar

Fransanın "Ajda Pekkan"ı - fotolar
3835 dəfə oxunub
  • A-
  • A
  • A+
59 yaşlı fransız model Yasmina Rossi fiziki görünüşü ilə hər kəsi təəccübləndirir.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyədə “Fransanın Ajda Pekkanı” adlandırılan Rossi karyerasına bundan sonra da davam etmək niyyətindədir. Adətən modellərin 30 yaşında təqaüdə göndərilmələrinə baxmayaraq, fransız gözəl modelliyə elə həmin yaşlarda başlayıb.

40 yaşından sonra “Yves Saint Laurent”, “Hermes”, “Jil Sander” kimi məşhur markalarla işləyən Yasmina 1955-ci ildə Fransada dünyaya göz açıb.

O, 2007-ci ildə Amerika vətəndaşlığını qəbul edib. Rossinin iki uşağı və iki nəvəsi var. 59 yaşlı model ingilis, fransız və italyan dillərində sərbəst danışır. Hobbisi isə foto çəkməkdir.