Bu gün Nizami Kino Mərkəzində “Qayınanamız” serialıyla bağlı mətbuat konfransı keçirilib.
Axşam.az-ın məlumatına görə, “SOY Production” tərəfindən çəkilən ekran işinin baş rol ifaçısı xalq artisti Afaq Bəşirqızıdır. Serialda əməkdar artist Dilarə Əliyeva, aktrisa Xuraman Əlizadə, aparıcı Şəhriyar Əbilov, yumorist Müşviq Şahverdiyev və başqaları çəkiliblər.
Tədbirdə çıxış edən A.Bəşirqızı həyəcanlı olduğunu gizlətməyib:
“Düşünürük ki, bu layihə uğurlu olacaq. Çox həyəcanlıyam, əslində qorxuram. Görəsən, bəyənəcəklər? Çünki indi tamaşaçıların düşüncə tərzi fərqlidir. Tamamilə başqa şeylərə gülürlər. Çox ümid edirəm ki, tamaşaçılar bu serialı sevəcəklər”.
“SOY Production”un rəhbərlərindən Oqtay Əliyev serialla bağlı fikirlərini bölüşüb. O, ekran işinin seviləcəyinə əmin olduğunu deyib.
Qeyd edək ki, “Qayınanamız” sentyabrın 11-dən etibarən ATV-də yayımlanacaq.