Bu kiçik evdə lazım olan hər şey var - fotolar

Bu kiçik evdə lazım olan hər şey var - fotolar
11933 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-lı memar Kris Heyninq (Chris Heininge) kiçik evlərin layihəsini hazırlayır.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, onun ilk hazırladığı layihə bəyənildikdən sonra o, bunu silsilə halına gətirib. Krisin evləri lazım olan hər bir şəraitlə təchiz olunub. O, bu tip evlərin tikilişini Yaponiyada öyrənib.

Artıq ABŞ-da da böyük evlərin kommunal xərcləri çox olduğu üçün kiçik mənzillərə üstünlük verirlər. Krisin rahat evciklərinin sahəsi cəmi 18 kvadrat metrdir.

Cakuzili hamam otağı, rahat yataq otağı, mətbəx, qonaq otağı və sanitariya qovşağı da olan evi daşımaq da asandır. İnteryerin sadə zadəgan tərzində dizaynı evin dolu görünməsinə də mane olur. Pilləkənin altı da səmərəli istifadə olunub.

Evin qapısı yapon üslubunda hazırlanaraq çox işıq buraxır.