Müğənni Könül Kərimova yeni yaranan bəstələrdən narazılıq edib.
Axşam.az-ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində həmkarlarının düşgün seçim etmədiyini vurğulayıb:
“Bəzi mahnılara qulaq asan kimi bilirsən ki, ömrü uzundur. Son günlər ifaçılarımız nə gəldi oxuyurlar. Zövqlərimiz korlanıb. Hər mahnıya hit deyirlər. Özləri deməklə deyil... Bir baxın görün oxuduğunuz mahnıya qulaq asılırmı, dillərə düşürmü? Ondan sonra hit deyin”.
Foto: Nəriman İsmayılov