Cessika Alba öz brendinin təqdimatında - fotolar

Cessika Alba öz brendinin təqdimatında - fotolar
1967 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Cessika Alba Nyu-Yorkda özünün kosmetik brendinin təqdimatını edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa təqdimat gecəsinə eleqant ağ libasda yollanıb. Geyimini çəhrayı ayaqqabıyla tamamlayan Cessika sadə makiyaj edib. C.Alba açıqlamasında “The Honest” kosmetik vasitələrinin tamamilə təbii və təhlükəsiz komponentlərdən hazırlandığını deyib.

Qeyd edək ki, Cessika Albanın kosmetik brendi 2012-ci ildən fəaliyyət göstərir. Şirkət daha əvvəl uşaqlar üçün ekoloji təmiz və zərərsiz olan yuyucu vasitələr istehsal edirdi. Lakin daha sonra Cessika öz biznesini daha da genişləndirməyə və brendinin kosmetik məhsullar istehsalına qərar verib. Hazırda aktrisanın bu biznesdən 1,7 milyard dollar gəlir əldə etdiyi bildirilir.