Xokkeyçi əri Mayk Komridən boşandıqdan sonra bütün diqqətini karyerasına yönəldən məşhur müğənni Hilari Daff istirahətinə də vaxt ayırır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı oğlu Luka ilə birlikdə çimərlikdə görüntülənib. Boşandıqdan sonra depressiyaya düşən Hilarinin əhvalının yüksək olması diqqətdən yayınmayıb.
O, nəhəng dalğalara baxmayaraq, oğlu ilə dənizə girib, onunla müxtəlif oyunlar oynayıb.