Boşanma ərəfəsində olan aparıcı Ece Erkenlə iş adamı Sərkan Uçar arasındakı məhkəmə təxirə salınıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ece zorakılığa məruz qaldığını iddia edərək Serkanı məhkəməyə vermişdi. Lakin işi araşdıran hakim son qərarı böyük hakimin verməli olduğunu əsas gətirərək məhkəməni təxirə salıb. İkinci məhkəmə oktyabrda olacaq.
Qeyd edək ki, E.Erken və S.Uçar gözlənilməz bir qərarla ailə qurmuşdular. Cütlüyün Eymen adlı oğulları var.