"Vecimə deyilmiş kimi davranıram" - fotolar

"Vecimə deyilmiş kimi davranıram" - fotolar
6263 dəfə oxunub
  • A-
  • A
  • A+

21 yaşında "Ən yaxşı aktrisa" nominasiyasında "Oskar" alan Cennifer Lourens internetdə yazılan tənqid və təhqirlərdən kefinin pozulduğunu etiraf edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Aclıq oyunları" filminin ulduzu Tvitter və İnstaqramdan uzaq durduğunu bildirib. Nadir hallarda "Facebook" istifadə edən Cennifer yaşıdlarının əksinə olaraq sosial şəbəkəyə maraq göstərmir. 25 yaşlı aktrisa insanların onun haqqında düşündüklərinə çox həssas yanaşdığın deyib.

"New York Times" qəzetinə danışan Lourens məşhur olmağın problemlərindən də söz açıb:

"İnsanların haqqımda dediyi hər bir şeyi çox fikirləşərək, ürəyimə salaraq vaxtımı boşa sərf etdiyimi bilirəm. Amma vecimə deyilmiş kimi davranıram. İnternet sizi tanımayan insanların haqqınızda istənilən bir şeyi yazmağa icazə verən dünyadır".