"Lane Bryant" geyim markası növbəti dəfə kök modellərdən ("plus-size") istifadə edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, apreldə çəkilən "Biz mələk deyilik" reklamından sonra onlar yenidən bir araya gəliblər.
Eşli Qrem, Kendis Haffin, Viktoriya Li, Castin Leqo, Corciya Pratt və Sabina Karlssonun iştirak etdiyi fotosessiya bu dəfə "#PlusIsEqual" adlanır. Ağ qara formatda çəkilən fotolarda qızlar markanın payız-qış kolleksiyasını reklam ediblər.
Böyük bədən ölçülü modellər bir neçə açıqlama da veriblər:
"Əgər söhbət qadın haqqında gedirsə, ölçüsündən asılı olmayaraq o, mütləq dəbli olmalıdır" - Eşli Qrem deyir.
"Biz qürurluyuq, dəbli və güclüyük. Biz və belə bədən quruluşunda olan bütün qızlar..." - Kendis Haffin belə düşünür.