Təcrübəli model podiumda yıxıldı - fotolar

Təcrübəli model podiumda yıxıldı - fotolar
6420 dəfə oxunub
  • A-
  • A
  • A+
“Victoria's Secret”in təcrübəli modeli Kendis Sveynpol xoşagəlməz hadisə ilə üzləşib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı Kendis Nyu-York Moda Həftəsi çərçivəsində keçirilən dəfilə zamanı podiumda yıxılıb.

Cənubi-afrikalı model “Givenchy” brendinin 2016-cı il üçün yaz-yay kolleksiyasının nümayişi zamanı belə bir uğursuzluqla üzləşib.

Qara libas və qeyri-adi dizaynlı ayaqqabı geyinən K.Sveynpol müvazinətini itirdiyindən yerə yıxılıb. Zalda əyləşənlər modelə ayağa qalxması üçün kömək etməyə çalışıblar. Kendis daha sonra gülərək nümayişinə davam edib.