İnsanlar bu qocanın əl işlərinə heyrandır - fotolar
Xəbər
11:18 / 13.09.15
3794dəfə oxunub
A-
A
A+
Çexiyanın Moraviya şəhərində yaşayan Anejka Kasparkova adlı qoca öz məharəti ilə görənləri heyran qoyur.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, kənd təsərrüfatı ilə məşğul olan Anejka eyni zamanda gözəl əl qabiliyyətinə də malikdir. O, 30 ildir ki, evlərin fasadlarına müxtəlif rəsmlər çəkir.
“Mən özümə xoş olan bir işlə məşğulam və az da olsa, bu dünyanı gözəlləşdirməyə çalışıram”, - deyə Kasparkova bildirib.