Dünyaca məşhur yaxtaların istehsalçısı olan “Kobra Yaxta”nın idarə heyətinin rəhbəri Samim Baki oğlu Ərən Bakiyə toy edib.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, iş adamının Harika Baki ilə nikahından olan oğlu uzun müddətdir birlikdə olduğu Çisem Buyanla evlənib. Bodrumda baş tutan məclisə qonaqlar yaxtalarla gəliblər.
Toyda Samim Bakinin yaxın dostu, iş adamı, “Qalatasaray” futbol klubunun keçmiş rəhbəri Adnan Polad da iştirak edib.