Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton Şotlandiyada avtomobildə görüntüləniblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, düşes yeni imici ilə diqqət çəkib. Belə ki, Keyt əvvəlki saç düzümünə qayıdıb.
Sonuncu dəfə 2012-ci ildə bu saç düzümündə görülən K.Midlton qızı Şarlottanı dünyaya gətirdikdən sonra görünüşündə dəyişiklik etmək qərarına gəlib.
Bundan başqa, Keyt artıq bu həftədən etibarən öz işlərinin başına qayıtmalıdır. Kraliça II Yelizavetta ikinci dəfə ana olan gəlininin istirahəti üçün 4 ayın kifayət etdiyini düşünür.