300 min dollarlıq üzük və evlilik təklifi - fotolar

300 min dollarlıq üzük və evlilik təklifi - fotolar
4212 dəfə oxunub
  • A-
  • A
  • A+
Milyarder Faruk Yalçının qızı Sürəyya Yalçın və iş adamı Ozan Baran ailə qurmağa hazırlaşır.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ozan uzun zamandır birgə olduğu sevgilisinə evlilik təklifi edərək "hə" cavabı alıb. O, Sürəyyaya 300 min dollar dəyəri olan, 6 karatlıq, ürək şəkilli brilyant üzük hədiyyə edib.  

Qeyd edək ki, eyni üzükdən bir neçə ay əvvəl müğənni Ledi Qaqa taxmışdı. O, 300 min dollarlıq üzüyünün fotosunu sosial şəbəkədəki profilində paylaşmışdı.