Aparıcılığını Kamilə Babayeva, Ranar Musayev, Hüsniyyə Məhərrəmova və Rüfət Ağayevin edəcəyi “5-ci element”in yayım günü bəlli olub.
Axşam.az-ın məlumatına görə, veriliş sentyabrın 17-dən etibarən hər həftənin cümə axşamı saat 21:40-da ATV-də yayımlanacaq.
Aparıcılar yeni mövsümlə bağlı maraqlı fotosessiya da etdiriblər.
Verilişdə aparıcıların hər biri müxtəlif elementi əks etdirir. Belə ki, K.Babayeva alov, H.Məhərrəmova külək, R.Ağayev torpaq, R.Musayev isə su elementidir.
Qeyd edək ki, “5-ci element”in ötən mövsüm efirə getməməsinin səbəbi H.Məhərrəmovanın “Eurovision”da Azərbaycan nümayəndə heyətinin rəhbəri olması, Ranar Musayev və R.Ağayevin isə “Bakı 2015”dəki fəaliyyəti idi.
Dörd aparıcı uzun fasilədən sonra ilk dəfə “5-ci element”lə efirə qayıdır.