İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub.
Axşam.az-ın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Filialın rəmzi açılışını bildirən lent kəsildikdən sonra birinci xanım Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış olublar.
Sonra filialın ilk tələbələri və müəllimləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyev I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında 2015-ci il mayın 15-də Sərəncam imzalayıb. Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.