İlqar Xəyalın ad günüdür - fotolar

İlqar Xəyalın ad günüdür -  fotolar
1501 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni İlqar Xəyalın ad günüdür.

49 yaşını qeyd edən ifaçı təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşüb:

“Dostlarımdan, həmkarlarımdan, qonşularımdan, sinif yoldaşlarımdan, qohumlarımdan saysız təbriklər alıram. Səhər açılandan telefonumu yerə qoymaq imkanı tapmamışam. Ad günümü səhər ANS telekanalında qeyd etdik. Seyfulla və Vahid Mustafayevlərə təşəkkür edirəm. Əməkdar jurnalist Aydın Əliyev mənə zəng vurub, təbrik etdi. Sosial şəbəkələrdə nə qədər təbriklər yazırlar. Bu diqqətə görə xalqıma təşəkkür edirəm. Elə yaşımdayam ki, mən özüm üçün ad günü keçirmərəm. Gərək kimsə bizə ad günü etsin. Hazırda Pirşağı kəndindəyəm. Anam aş, dolma bişirib, həyat yoldaşım salatlar hazırlayıb. Sənət dostlarım, yaxınlarım qonaq gələcək. Yaşım artdıqca fəxarət hissi keçirirəm. Balacalıqdan hər zaman yaşımı yuvarlaqlaşdırmışam. 18 olanda, deyirdim 20-dir. Hər yaşın öz gözəlliyi var. İndi mən həyat yoldaşımın, övladlarımın əhatəsindəyəm”.