Ermənistan Silahlı Qüvvələrinin məhv edilən pilotsuz uçan aparatı X-55 (Ptero - 5E) tipinə aiddir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, dəqiqləşdirilmiş məlumata əsasən sentyabrın 15-də cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 tipinə aiddir.
X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:
- Qanadların açılışı 3030 mm.
- Uzunluğu 2100 mm.
- Kreyser sürəti 85-115 km/saat
- Maksimal uçuş sürəti 180 km/saat
- Havada qalma müddəti:
elektrik mühərriki ilə 1.5 saat
benzin variantında 8 saatadək
- Maksimal uçuş məsafəsi 130 km.
- Maksimal uçuş hündürlüyü 2000 m.
- Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək
- Qalxma üsulu katapult
- Enmə üsulu paraşüt
Qeyd edək ki, dünən axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib. Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.