Müğənni Samira Allahverdi “Çarəsizəm” adlı mahnısına klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, sözləri dicey Nurlanaya, musiqisi Rüstəm Qədirova aid olan bəstə Türkiyədə aranjiman edilib.
Yeni işindən danışan sənətçi klipi ukraynalı rejissorlara həvalə etdiyini bildirib:
“Klip müxtəlif məkanlarda lentə alınır: Şamaxıda, Masazırda, Pirallahı adası. İstədik ki, qeyri-adi iş olsun. Ailəvi bir dostumuz var, ukraynalı rejissorla çalışmaq təklifi ondan gəldi. Məni aktrisa kimi öz yaratdığı işində görmək istədi. Hətta məni filmə də çəkmək fikri var".
S.Allahverdinin klipdəki geyimləri modelyer Gülnarə Xəlilovaya məxsusdur.