İzzət konsertə belə hazırlaşır - fotolar

İzzət konsertə belə hazırlaşır -  fotolar
1068 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İzzət Bağırzadə sentyabrın 18-də baş tutacaq solo konsertinin məşqlərini davam etdirir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu tədbirinə daha məsuliyyətli hazırlaşdığını bildirib:

“Bu işə başlayanda bilirdim ki, çətindir, məsuliyyət tələb edir. Əvvəllər konsert vermək daha asan idi. İndi insanlar yenilik, fərqli işıq effektləri, rəqslər görmək  istəyir. Bütün bunları hazırlamaq asan deyil. İşin bu tərəfi isə izləyicini maraqlandırmır. Gərək müğənninin yerində olsunlar ki, anlasın. Hər işimin üstündə özüm dayanıram. Bütün amillərə fikir verir, xırda bir səhv olmasına belə imkan yaratmıram. Repertuarıma sevilən mahnılarımla yanaşı, yeni bəstələr də daxil etmişəm”.

Qeyd edək ki, “Mənim dünyam” adlanan konsertin musiqi rəhbəri Hüseyn Məhəmmədoğludur.  Tədbir “Yaşıl Teatr”da baş tutacaq. Gecəyə biletlərin qiyməti 10-50 manat arasıdır.