"Evdə-2" ("Дома-2") proqramının keçmiş iştirakçısı Anastasiya Daşko bu yaxınlarda həbsxanadan çıxdıqdan sonra ərə gedib.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 32 yaşlı Anastasiya 28 yaşlı kikboksçu Konstantin Kuleşov ilə ailə qurub. Toy köhnə sovet binalarının həyətində baş tutub. Gəlin mərasimə Mendelsonun sədaları altında deyil, "Bi-2" qrupunun "Sevgidən başqa hər şey" mahnısı ilə daxil olub.
A.Daşkonun həyəcanına qalib gəlməsi üçün anası Marina Afanasyevna ona dəstək olub. Amma Daşko türmədə olanda anası ondan imtina etmişdi.
Qeyd edək ki, A.Daşko dələduzluq və külli miqdarda ziyan vurmaq maddəsi ilə həbs olunmuşdu.