ATV-də yayımlanan “Azərbaycanın səsi” verilişinin növbəti buraxılışı da qalmaqalsız ötüşməyib.
Axşam.az-ın məlumatına görə, proqramda münsif kürsüsündə xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənni Nadir Qafarzadə, Elton Hüseynəliyev yer alır.
N.Qasımova iştirakçılarla bağlı “İfaçılar hər gün daha da yaxşı oxuyurlar. Onlara həmişə deyirdim ki, hər dəfə səhnəyə çıxanda ilk gündür oxuyurmuş kimi edin. Bəziləri sözümə qulaq asır, bir çoxları isə yox” açıqlamasını verib.
E.Hüseynəliyev narazıçılıqlarını dilə gətirib:
“İştirakçıları çox istəyirik. Amma bəziləri səsinə uyğun olmayan mahnılar oxudu”.
E.Seyidcahan isə yarışmaçıların geyimlərinə irad tutub.
Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi yarışmada bu dəfə də dörd iştirakçı yarışmanı tərk edib.
Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.
Verilişə hər həftənin çərşənbə axşamı
"Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.